Bakı. Trend:
Avropa İttifaqının (Aİ) Ermənistandakı monitorinq missiyası
Rusiya, İran və Azərbaycana qarşı kəşfiyyat məlumatları
toplayır.
Trend-in məlumatına görə, bunu TASS-a müsahibəsində Rusiya
xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
“Əgər 2022-ci ildə İrəvan KTMT (Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatı) vasitəsilə Azərbaycanla sərhəddə vəziyyəti
sabitləşdirmək üçün tədbirlər kompleksinin həyata keçirilməsi
təklifinə razılıq versəydi, Ermənistanın bu gün üzləşdiyi risklərin
bir çoxu azaldıla bilərdi.
O, dövlətin sərhədlərini qətiyyən qorumayan, lakin “monitorinq”
adı altında Azərbaycan, İran və Rusiyaya qarşı kəşfiyyat
məlumatlarının toplanması ilə məşğul olan Aİ missiyasını dəvət
etməyi seçdi”, – deyə o bildirib.
Qaluzinin sözlərinə görə, KTMT məsələsində “söhbət ciddi
təşəbbüslərdən, o cümlədən, hərbi-texniki yardımdan, monitorinq
missiyasının göndərilməsindən və sərhəd qoşunlarının hazırlanmasına
yardımdan gedirdi”.





























