Advertisement

Gənc yaşında məcburi şəkildə tərk etdiyim Füzuliyə qayıtdığım üçün çox sevincliyəm – Füzuli sakini

Bakı. Trend:

Gənc yaşımda məcburi şəkildə tərk etdiyim, Füzuliyə qayıtdığım
üçün çox sevincliyəm.

Bunu Trend
açıqlamasında Füzuli sakini Səməd Babayev deyib.

Onun sözlərinə görə, 18 yaşında Füzulini tərk edib və burada
məcburi köçkün olaraq Ceyranbatan qəsəbəsində məskunlaşıb.

“Allah Prezidentimizi qorusun, şəhidlərimizə rəhmət eləsin,
qazilərimizə can-sağlığı versin”, – deyə o bildirib.

Xatırladaq ki, bu gün 34 ailə, yəni 123 nəfər Füzuli sakini öz
yurduna geri qayıdır. Beləliklə indiyədək Füzuli şəhərinə 596
ailənin, yəni 2245 nəfərin daimi məskunlaşması təmin edilib.