Advertisement

Tədarüklərin təhlükəsizliyi, enerji keçidi və səmərəli investisiyaları birləşdirən layihələr lazımdır – “MOL Group”

Bakı. Trend:

Macarıstanın “MOL Group” şirkəti dünyada tədarüklərin
təhlükəsizliyi, enerji keçidi və səmərəli investisiyaları
birləşdirən pilot layihələrin icrasını vacib hesab edir.

Trend xəbər
verir ki, bu barədə “MOL Group”un icraçı vitse-prezidenti Jombnar
Marton 29-cu Bakı Enerji Forumu çərçivəsində panel müzakirəsində
deyib.

Onun fikrincə, dünya hələ də 40-50 il ərzində əlçatan qazıntı
yanacağı verə bilər, lakin gələcək perspektiv haqqında düşünmək
lazımdır.

O qeyd edib ki, xüsusən qaz, o cümlədən, Azərbaycanda gübrə
istehsalı üçün istifadə olunur.

“Dünyada qazdan istifadə azalarsa, aqrar sektora hansı təsirlər
olacaq”, – deyə Marton vurğulayıb.

Onun sözlərinə görə, beləliklə, bütün dünyada iqtisadiyyatların
dayanıqlı inkişafı üçün tarazlıq lazımdır.

Qeyd edək ki, bu gün “MOL Group” aparıcı beynəlxalq neft-qaz
konsernlərindən biri olmaqla, Avropa, Yaxın Şərq, Şimali Afrika və
MDB-nin 40 ölkəsində fəaliyyət göstərir. Bütün dünyada ” MOL Group”
müəssisələrində təqribən 30 min əməkdaş çalışır.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun