Advertisement

SOCAR ölkənin dekarbonizasiya yolunda dəstəklənməsində mühüm rol oynayır – Əfqan İsayev

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkəti SOCAR ölkənin dekarbonizasiya
yolunda dəstəklənməsində mühüm rol oynayır.

Trend xəbər
verir ki, bu barədə SOCAR-ın vitse-prezidenti Əfqan İsayev 29-cu
Bakı Enerji Forumu çərçivəsində “Dayanıqlı enerjinin inkişafı:
Xəzər regionunda “yaşıl” enerji potensialı” mövzusunda panel
müzakirəsində deyib.

“SOCAR ölkənin dekarbonizasiya yolunda dəstəklənməsində mühüm
rol oynayır. Məlum olduğu kimi, ölkənin qarşısında iddialı məqsəd
dayanır: 2030-cu ilədək ümumi enerji balansında bərpa olunan
enerjinin 30 faizini təmin etmək. İnanırıq ki, tərəfdaşlarımızla
birlikdə bu məqsədə nail olacağıq, belə ki, artıq bir neçə səhmdar
müqaviləsi imzalamışıq. Gördüyünüz kimi, bir neçə gün əvvəl hazırkı
kursun əhəmiyyətini vurğulayan tədbirlər keçirildi. Hazırda bərpa
olunan enerji mənbələri mühüm rol oynayır”, – o deyib.

Qeyd edək ki, SOCAR neft-qaz yataqlarının kəşfiyyatı, neftin,
qazın və qaz kondensatının hasilatı, emalı və nəqli, neftin və
neft-kimya məhsullarının daxili və beynəlxalq bazarlarda satışı,
təbii qazın sənaye müəssisələrinə və Azərbaycan əhalisinə, habelə
Avropaya tədarükü ilə məşğul olur.

Şirkət Gürcüstan, Türkiyə, Rumıniya, İsveçrə, Almaniya və
Ukrayna kimi ölkələrdə müxtəlif fəaliyyət, o cümlədən əsasən
İsveçrə, Sinqapur və Nigeriyada ticari fəaliyyət göstərir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun