
Bakı. Trend:
Azərbaycan son bir neçə il ərzində bərpa olunan enerji
mənbələrinə (BEM) investisiyaların cəlb edilməsi üçün
qanunvericilik bazası hazırlayır və bu prosesdə yaranan bütün
məsələləri operativ şəkildə həll etməyə çalışır.
Trend xəbər
verir ki, bu barədə energetika nazirinin müavini Orxan Zeynalov
29-cu Bakı Enerji Forumu çərçivəsində “Dayanıqlı enerjinin
inkişafı: Xəzər regionunda “yaşıl” enerji potensialı” mövzusunda
panel müzakirəsində deyib.
Onun sözlərinə görə, BEM layihələrinin cəlbediciliyini artırmaq
üçün hökumət dövlət-özəl tərəfdaşlıq maliyyə sxemini təşviq edir,
alternativ enerji mənbələrinə investorlar üçün vergi güzəştləri
tətbiq edir və enerji şəbəkələrini idarə etmək üçün özəl şirkətləri
cəlb edir.
“Azərbaycanda BEM sahəsinə investisiyaların cəlb edilməsi, onun
böyük potensialı nı(157 GVt dənizdə və 115 GVt quruda) nəzərə
aldıqda vacibdir, dünyada “yaşıl” enerjinin satın alınmasına
tələbat var”, – deyə nazir müavini bildirib.
Onun sözlərinə görə, eyni zamanda təchizat zənciri, lazımi
avadanlıq, elektrik rabitəsi kabeli məsələləri var, lakin ilbəil
həll olunur.
Nazir müavini qeyd edib ki, dünyada BEM istehsalı
ucuzlaşmaqdadır və bu cür layihələr getdikcə daha çox həyata
keçirilir.
“IRENA-nın məlumatına görə, 2023-cü ildə dünyada 5 GVt “yaşıl”
enerji istehsal olunub və BEM-in istehsal sürəti artmaqdadır”, – o
deyib.
(Tərcümə: Rəna Əbdürəhmanova)



























