Advertisement

COP29 Könüllülük Proqramına qeydiyyat bu gün başa çatır

Bakı. Trend:

11-22 noyabr tarixlərində Bakıda keçiriləcək BMT-nin İqlim
Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının
29-cu sessiyasında (COP29) könüllülərin iştirakını təşkil etmək
üçün nəzərdə tutulan Könüllülük Proqramına qeydiyyat bu gün saat
23:00-da başa çatır.

Bu barədə Trend-ə COP29 Azərbaycan Əməliyyat Şirkətinin mətbuat
xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 29-da elan olunan və həmin gündən etibarən
aktiv şəkildə müraciətləri qəbul edən Könüllülük Proqramına
qeydiyyat bu gün saat 23:00-da başa çatır:

“Ölkəmizin ev sahibliyi edəcəyi bu nüfuzlu iqlim tədbirinin
təşkili üçün COP29 Azərbaycan Əməliyyat Şirkəti yerli və xarici
vətəndaşlar olmaqla, 3000-dən çox könüllünü prosesə cəlb
edəcək.

Könüllülük proqramına qeydiyyatdan keçmək və bu qlobal tədbirin
bir parçası olmaq üçün artıq son saatlar qalmışdır. COP29 Əməliyyat
Şirkəti bildirir ki, Proqrama qeydiyyat prosesi zamanı 16000-ə
yaxın namizədin müraciəti daxil olub.

Könüllülük proqramı könüllülərin layihəyə rahat və sistemli
şəkildə qoşulmaları üçün volunteers.cop29.az portalı üzərindən icra
edilir. Bu proqramı həvəsli və məqsədli şəxslərə iqlim dəyişikliyi
üzrə ən mühüm qlobal konfranslardan birinin uğuruna töhfə vermək
üçün misilsiz şans təqdim edir. Könüllülər logistika və media
xidmətlərindən tutmuş kommunikasiya və protokol işlərinə qədər
tədbirin müxtəlif aspektlərində müstəsna rol oynayacaqlar”.

Qeyd olunub ki, könüllülər auditoriyasında yüksək aktivlik
müşahidə olunmuşdur və 16000-ə yaxın olan namizəd qeydiyyatdan
keçib: “Tədbirin əsasını təşkil edən könüllülər və onların
fədakarlığı və öhdəliyi dünyada iqlim dəyişmələri mövzusunda müsbət
dəyişikliyə səbəb olmaqda zəruri rol oynayacaq. Bu son saatlar hələ
də qeydiyyatdan keçməmiş şəxslər üçün keçirələcək bu qlobal tədbir
xüsusunda bizə qoşulmaq üçün bir fürsətdir.
COP29 Könüllülük Proqramı çərçivəsində qeydiyyat ərizələrini
tamamlayan namizədlərimiz yenicə istifadəyə verilmiş Könüllülər
Mərkəzində iyul ayının sonuna qədər davam edəcək müsahibə prosesinə
dəvət olunacaqlar. Daha sonra isə onlar informativ təlim
sessiyalarına, şəbəkələşmə imkanlarına və dayanıqlılıq
istiqamətində qlobal hərəkatın bir hissəsi olmaq şansına sahib
olacaqlar. Qeydiyyatınızın uğurla tamamlandığından əmin olmaq üçün
portala daxil olub elektron kabinetinizi yoxlaya bilərsiniz”.