
Bakı. Trend:
bp şirkəti Səngəçal terminalında dekarbonizasiya işləri aparır
və bu, Cəbrayıl rayonunda “Şəfəq” günəş elektrik stansiyasının
inşası layihəsi ilə əlaqəlidir.
Trend xəbər
verir ki, bu barədə bu gün bp şirkətinin Qaz və az karbonlu
enerjinin inkişafi üzrə vitse-prezidenti Katerina Papaleksandri
29-cu Bakı Enerji Forumu çərçivəsində “Qaz dialoqu: Enerji böhranı
zamanı qaz təchizatının rolu” panel müzakirəsində deyib.
“Şahdəniz” qaz yatağının işlənməsinə toxunan vitse-prezident
qeyd edib ki, hazırda yataqda gündəlik 79,5 milyon kubmetr təbii
qaz hasil olunur və bu, Azərbaycanı, eləcə də regionu və Avropanı
“mavi” yanacaqla təmin edir.
“Biz “Şahdəniz” obyektlərini karbonsuzlaşdırmağı
planlaşdırırıq”, – deyə o əlavə edib.
Qeyd edək ki, 2024-cü ilin birinci rübündə Səngəçal terminalı
vasitəsilə təqribən 55 milyon barrel neft və kondensat ixrac olunub
və bütün həcm Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə nəql
olunub.
Ötən ilin birinci rübündə isə terminal vasitəsilə təqribən 56
milyon barrel neft və kondensat ixrac edilib.
Belə ki, Səngəçal vasitəsilə neft ixracı illik hesablamada 1,8
faiz azalıb.
(Tərcümə: Rəna Əbdürəhmanova)



























