
Bakı. Trend:
Ədliyyə Nazirliyinin Mətbuat Xidmətinin rəisi vəzifəsinin icrası
həvalə edilib.
Trend xəbər verir ki, Ədliyyə nazirinin müvafiq əmri ilə
Nazirliyin Mətbuat xidmətinin rəisi vəzifəsinin müvəqqəti icrası
Ləman Hüseynzadəyə həvalə edilib.
Qeyd edək ki, Ləman Hüseynzadə 1991-ci ildə anadan olub. O,
2012-ci ildə bakalavr dərəcəsi üzrə Bakı Dövlət Universitetinin
beynəlxalq münasibətlər ixtisasını, 2014-cü ildə isə magistr
dərəcəsi üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq
münasibətlər və diplomatiya ixtisasını bitirib.
Ləman Hüseynzadə 2014-2023-cü illərdə Rəqəmsal İnkişaf və
Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin
Əməkdaşlıq və kommunikasiya sektorunda müxtəlif vəzifələrdə,
2023-2024-cü isə illərdə həmin sektorun rəhbəri vəzifəsində
çalışıb.
O, 2024-cü ilin aprel ayında Ədliyyə Nazirliyinə qulluğu qəbul
edilib.





























