Advertisement

İrəvan Bakı ilə sülh sazişini bir ay ərzində imzalamağa hazırdır – Ermənistan XİN

Bakı. Trend:

Ermənistan Azərbaycanla sülh sazişi üzərində işi bir ay ərzində
başa çatdırmağa və onu imzalamağa hazırdır.

Trend xəbər
verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi məlumat
yayıb.

Xatırladaq ki, iyun 5-də Azərbaycan Respublikasının xarici işlər
naziri Ceyhun Bayramov Macarıstanın xarici işlər və ticarət naziri
Peter Siyarto birgə mətbuat konfransında çıxışında Azərbaycanın
sülh sazişinin imzalanması prosesində növbəti addımları atmağa
hazır olduğunu vurğulayıb.

“Bir neçə gün əvvəl Ermənistan tərəfindən növbəti saziş
layihəsini əldə etdik. Açıq qalan məsələlərin sayında azalma
mövcuddur. Azərbaycan sülh gündəliyinə sadiqdir və növbəti
addımları atmağa hazırıq”, – nazir deyib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun