
Bakı. Trend:
ABŞ-nin Texas əyalətində təşkil edilən 55-ci Ay və Planet Elmi
Konfransında elm adamları Marsda nəhəng vulkan kəşf etdiklərini
açıqlayıb.
Trend-in məlumatına görə, elm adamları 50 ildən artıqdır ki,
Marsda vulkanın olduğuna diqqət yetirilmədiyi üçün bu yerin “gizli
qaldığını” bildiriblər.
Vulkanın təqribən 450 kilometr enində, 9 min 22 metr
hündürlüyündə olduğunu, vulkanın Tharsis vulkanik bölgəsinin şərq
hissəsində, Marsın ekvatoruna yaxın olduğunu açıqlayıblar.
Elm adamları vulkanın dibinin yaxınlığında buzlaq təbəqəsinin
qalıqlarını aşkar etdiklərini və bunun da bu vulkanı kosmosda həyat
əlamətlərinin axtarışı üçün vacib bir yerə çevirdiklərini
bildiriblər.
SETI İnstitutundan və NASA Ames Tədqiqat Mərkəzindəki Mars
İnstitutundan planetşünas və tədqiqatın aparıcı müəllifi Dr. Paskal
Li verdiyi açıqlamada, “Keçən il buzlaq qalıqları tapdığımız
bölgənin geologiyasını araşdırırdıq, nəhəng və dərin eroziyaya
uğramış bir vulkanın içində olduğumuzu anladıq” deyib.
Digər tərəfdən, araşdırmada ABŞ Kosmik və Aviasiya Agentliyinin
(NASA) “Mariner 9”, “Viking 1 və 2”, Mars Global Surveyor, Mars
Odyssey və Mars Reconnaissance Orbiter missiyalarından əldə edilən
məlumatlar Avropa Kosmik Agentliyinin (ESA) Mars Express
missiyasından istifadə edildiyi bildirilib.





























