
Bakı. Trend:
Xocalı soyqırımının törədilməsində iştirak etməkdə
təqsirləndirilən Raşid Beqlaryanın məhkəmsi başlayıb.
Trend xəbər verir ki, məhkəmə prosesi Sabunçu Rayon Məhkəməsinin
binasında Füzuli Hərbi Məhkəməsinin hakimi Əli Süleymanovun
sədrliyi ilə keçirilir.
Beqlaryan məhkəmədə dövət hesabına vəkil və tərcüməçi ilə təmin
edilib.
İstintaq prosesində məlum olub ki, Fransa onun hesabına 2 milyon
avroya yaxın pul köçürüb. Özünün dediyinə görə fransız vətəndaşlar
həmin pulu ona kömək məqsəd ilə ianə ediblər.
Beqlaryanın Xocalı faciəsi vaxtı iştirak etdiyi və şahidi olduğu
cinayətlərinə gəlincə o, həmin vaxt baş verənləri özünün
“Beqlaryanın döyüş yolu” adlı sənədində ətraflı qeyd edib.
Beqlaryan yazır ki, döyüş yoluna Murad Petrasyanın rəhbəri
olduğu üçüncü dəstədən başlayıb. O, həmin dəstənin tərkibində
döyüşüb, komandirin tapşırıqlarını icra edib. Etiraf edib ki, həmin
dəstə Ağdam-Şuşa yolundakı körpünü partladıb, türklərin kalonlarını
məhv edib. Sonradan özü dəstə komandiri olub. Xocalı və Xocəvənddə
gedən döyüşlərdə 8 dəfə yaralanıb. Döyüşlərdən sonra ona “Vətənin
müdafiəsi” medalı verilib.
Qeyd edək ki, Raşid Beqlaryan 2023-cü ilin avqust ayında
saxlanılıb. Əvvəllər azadlıqları məhdudlaşdırılmaqla Xankəndi
şəhərində yerləşən 3 saylı uşaq xəstəxanasında saxlanılmış
azərbaycanlı əsirlərə və beynəlxalq humanitar hüquqla müdafiə
olunan başqa şəxslərə işgəncə verməkdə, eləcə də sülh və insanlıq
əleyhinə, müharibə cinayəti kimi digər ağır cinayət əməllərini
törətməkdə, həmçinin, qanunsuz erməni silahlı birləşmələrinin
fəaliyyətində digər formada iştirak etməkdə şübhəli bilinən
Beqlaryan Raşid Aramayisi Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 103, 107, 109, 112, 113, 115.2, 116.0.1, 116.0.6,
116.0.8, 116.0.10, 116.0.11, 116.0.16, 318.1 və AR 01 sentyabr
2000-ci ilədək qüvvədə olmuş CM-in 70.2-ci maddəsinin 3-cü hissəsi,
220-ci maddəsinin 1-ci hissəsi ilə ittiham olunaraq həbs
edilib.





























