Advertisement

Sumqayıtdakı qətl ilə bağlı cinayət işi başlanıb (YENİLƏNİB)

Bakı. Trend:

İyunun 9-da saat 2 radələrində Sumqayıt şəhəri ərazisində
1995-ci il təvəllüdlü Nicat Bayramovun öldürülməsi barədə şəhər
prokurorluğuna məlumat daxil olub.

Sumqayıt şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, araşdırma zamanı
1999-cu il təvəllüdlü Nüsrət Həsənəlilinin şəhərin H.Z.Tağıyev
qəsəbəsi ərazisində yerləşən kafelərdən birində aralarında yaranmış
mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Nicat Bayramovu qəsdən
öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq
istintaq aparılır. Nüsrət Həsənəlili iş üzrə şübhəli şəxs qismində
tutulub.

xxx

08:17

İyunun 9-da saat 03 radələrində Hacı Zeynalabdin Tağıyev
qəsəbəsində 1995-ci il təvəllüdlü Bayramov Nicat Əlövsət oğlunun
kəsici-deşici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil
olub.

DİN-in Mətbuat Xidmətindən Trend-ə bildirilib ki, cinayət əməlini törətməkdə
şübhəli bilinən 1999-cu il təvəllüdlü Nüsrət Anar oğlu Həsənəlili
polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq
istintaqa təhvil verilib.

Araşdırma aparılır.