Bakı. Trend:
Sosial şəbəkələrdə taksi sürücüsünün qadın sərnişin avtomobildə
olan zaman əxlaqsız hərəkət etməsini əks etdirən görüntülər
yayılıb.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Trend-ə bildirilib ki, polis
əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı sürücünün
1993-cü il təvəllüdlü Kənan Rüstəmov olması müəyyən olunaraq Bakı
şəhərində saxlanılıb.
Araşdırmanın nəticəsindən asılı olaraq onun barəsində toplanmış
materiallar məhkəməyə göndəriləcək.





























