
Bakı. Trend:
“Yaşıl” texnologiyalara keçid mühüm maliyyə yatırımları tələb
edir.
Trend xəbər
verir ki, bu barədə Milli Məclisin deputatı, COP29 üzrə BMT-nin
İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai
Bakıda “Dayanıqlı inkişaf: problemlər və həllər” mövzusunda
keçirilən tədbirdə deyib.
O, СОР29-un mövzusunun iqlim maliyyələşdirməsi olduğunu
xatırladıb.
“Yaşıl” texnologiyalara keçid baha başa gəlir və bu prosesləri
“yaşıl” iqtisadiyyata reallaşdırmaq üçün trilyonlarla dollar
lazımdır. Sual yaranır: bu maliyyə haradan gələcək və onların
maliyyələşdirilməsi mexanizmləri necə olacaq? Biz artıq iqlim
dəyişikliyinin nəticələrii görürük. Şəxsən mən, misal üçün, COP
prosesinə qoşulmazdan əvvəl problemin ciddiliyini dərk
etmirdim.
Hazırkı vəziyyətdə anlayırsan ki, dünya müxtəlif, eyni zamanda,
kiçikdir. Digər tərəfdən, müxtəlif xalqların üzləşdiyi problemləri
görürük. Misal üçün, kiçik ada dövlətləri ekzistensial təhdiddən
danışırlar, bu isə o deməkdir ki, onlar yox olmaq həddindədir.
Müzakirələr davam edir, lakin yenə də qərarlar verilir”, – deyə o
vurğulayıb.
Onun sözlərinə görə, problemin dərk olunması səviyyəsi artır və
bu qətiyyətli tədbirlər olmadan növbəti səviyyəyə keçməyə imkan
vermir.
“Bu planda ciddi problem mövcuddur. Misal üçün, biz Xəzər
dənizinin səviyyəsinin azaldığını görürük. Digər ölkələrdə də ciddi
ekoloji problemlər müşahidə olunur. Bu il baş verən fəlakətlərə
baxanda onların nə qədər ciddi olduğu aydın görünür. Qərarların
qəbul edilməsinə görə məsuliyyət böyükdür və biz onları qəbul edə
bilməsək, bu fəlakətlər daha da pisləşəcək. Alimlər artıq bu
problemləri görürlər, biz də onları müşahidə edirik. Bunlar
sabitliklə bağlı nəzəri düşüncələr deyil, bu çox ciddi reallıqdır”,
– deyə o əlavə edib.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu
ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar
COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında
qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək
və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim
sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci
ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində
imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun
ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.
Konvensiyanın tərəfləri 198 ölkədir. gər tərəflərin fərqli
qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci
ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində
yerləşir.
(Tərcümə: Rəna Əbdürəhmanova)



























