Advertisement

İtkin düşmüş Azərbaycan əsgəri ilə bağlı Ermənistan tərəfindən AÇIQLAMA

Bakı. Trend:

Ermənistan Milli Təhlükəsizlik Xidməti Azərbaycan Ordusunun
itkin düşmüş hərbi qulluqçusu ilə bağlı yayılan xəbərlərə münasibət
bildirib.

Trend bu
barədə Ermənistan KİV-ə istinadən xəbər verir.

Məlumatda qeyd olunub ki, Ermənistan Milli Təhlükəsizlik
Xidmətinə Azərbaycan əsgərinin Ermənistan sərhədini keçdiyinə dair
məlumat daxil olmayıb.

“Başqa məlumat daxil olarsa, rəsmi açıqlama veriləcək”, –
Ermənistan MTX-dən bildiriblər.

Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər
Hüseynov Ceyhun Tofiq oğlu iyunun 9-da Naxçıvan Muxtar
Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi
istiqamətində naməlum şəraitində itkin düşüb. Hərbi qulluqçumuzun
axtarışı ilə bağlı zəruri tədbirlər görülür.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun