
Bakı. Trend:
Yelo Bank WEPs mükafatına layiq görülüb.
Yelo Bank BMT-nin Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi
Prinsiplərini (WEPs) imzalayan şirkətlər üçün təşkil etdiyi “WEPs
Lessons Learnt” vökşopunda iştirak edib. Vökşopda WEPs
prinsiplərinin şirkət daxilində tətbiqinin faydaları və şirkətlərin
üzləşdiyi çağırışların müzakirəsi edilib. Ardınca UNDP Bakı ofisi
“WEPs Awards” – mükafatlandırma mərasimində Yelo Bank-ı “Cəmiyyətin
cəlb olunmasını artıran və gender bərabərliyini dəstəkləyən
korporativ lider” nominasiyasında mükafatlandırılıb.
BMT-nin Qlobal Sazişi və Qadınlar üzrə Agentliyi tərəfindən
hazırlanan Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi
Prinsipləri şirkətləri beynəlxalq əmək və insan hüquqları
standartları barədə məlumatlandırır, həmçinin korporativləri gender
bərabərliyi və qadınların səlahiyyətlərinin artırılmasına dəvət
edir. Bu prinsiplərin imzaçısı kimi Yelo Bank şirkət daxilində
gender bərabərliyini təşviq edir, qadınların təhsil və peşəkar
inkişafı üçün bir sıra layihələri dəstəkləyir.
Mikro
kredit əldə etmək istəyirdiniz? O zaman 981 nömrəsinə zəng edin
və ya Facebook,
Instagram ,
Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!





























