Advertisement

Casusluq edən əcnəbi saxlanıldı – Trend.Az

Bakı. Trend:

Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatla
Azərbaycanda casusluq edən əcnəbi vətəndaş tutulub.

Trend xəbər verir ki, Sohrabi Akbar Ghesmat Azərbaycan
Respublikası vətəndaşlarının xarici ölkənin xüsusi xidmət orqanı
tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsi və strateji obyektlərlə
bağlı məxfi sənədlərdə olan məlumatların ələ keçirilməsi
istiqamətində fəaliyyət göstərib.

DTX İstintaq baş idarəsində ona qarşı Cinayət Məcəlləsinin
276-cı (casusluq) maddəsi ilə ittiham irəli sürülüb.

Akbar Sohrabi barəsində olan cinayət işinin ibtidai istintaqı
yekunlaşdırılaraq baxılması üçün Lənkəran Ağır Cinayətlər
Məhkəməsinə göndərilib.