Advertisement

“Apple” yenidən dünyanın ən bahalı şirkəti olub

Bakı. Trend:

“Apple” “Microsoft”u birinci yerdən kənarlaşdıraraq, dünyanın ən
bahalı şirkəti olub.


Trend
xarici KİV-ə istinadən xəbər verir ki, “Microsoft” son
beş ayda ilk dəfə “Apple”dan geri qalıb.

Bu, onunla əlaqədardır ki, “iPhone” istehsalçısı süni intellekt
texnologiyalarında üstündür.

“Apple”ın səhmləri 2 faizdən çox artaraq 211,75 dollara
yüksəlib, nəticədə şirkətin bazar dəyəri 3,25 trilyon dollar təşkil
edib. “Microsoft”un bazar kapitallaşması 3,24 trilyon
dollardır.

“Apple” şirkətinin səhmləri, cihazları üçün süni intellekt və
proqram təminatının təkmilləşdirmələrini dəstəkləyən bir sıra
funksiyaları təqdim etdikdən bir gün sonra rekord səviyyəyə
yüksəlib. Bəzi analitiklərin fikrincə, bu addım “iPhone”un
satışlarının artmasına kömək edəcək.

“Apple”ın illik tərtibatçılar konfransında baş direktor Tim Kuk
“Siri”nin səs köməkçisinin mesajlar, elektron poçtlar, təqvim və
üçüncü tərəf proqramları ilə necə qarşılıqlı əlaqə qura biləcəyini
açıqlayıb.