
Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev “Şahin”
hərbi-idman oyunlarının final mərhələsinin qalibi olan “Zəfər”
komandasının üzvləri ilə görüşüb.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Niyazabad kənd
tam orta məktəbinin müəllim və şagird kollektivini qazanılan qələbə
münasibətilə təbrik edib, uğurların davamlı olmasını arzulayıb.
Bildirib ki, belə oyunların keçirilməsində başlıca məqsəd böyüməkdə
olan gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqət və
qayğının daha da artırılması, şagirdləri hərbi-idman oyunlarına
cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək
göstərməkdən ibarətdir.
Müəllim və şagirdlər göstərilən diqqət və qayğıya görə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci
vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə
ediblər.
Sonda qalib komandaya fəxri fərman və xatirə hədiyyələri təqdim
olunub.





























