
Bakı. Trend:
İyunun 12-si saat 19:50-də Ermənistan silahlı qüvvələrinin
bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının
Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində
yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab
tədbirləri görülüb.





























