Advertisement

Əhməd Əhmədovun məhkəməsinin vaxtı məlum olub

Bakı. Trend:

Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası
iyunun 25-də keçiriləcək.

Trend xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim
Səbinə Məmmədzadənin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq
iclası iyunun 25-nə təyin edilib.

Qeyd edək ki, Əhməd Əhmədov 1972-ci il təvəllüdlü atası Mehman
Əhmədov, 1977-ci il təvəllüdlü anası Pikə Əhmədova, 1997-ci il
təvəllüdlü bacısı Elmira Əhmədova, 2021-ci il təvəllüdlü azyaşlı
bacısı qızı Ülviyyə Niftəliyeva və 2015-ci il təvəllüdlü azyaşlı
qardaşı Məhəmməd Əhmədovu aşkar surətdə köməksiz vəziyyətdə, xüsusi
amansızlıqla qəsdən öldürməkdə təqsirləndirilərək ona Cinayət
Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə),
120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar
şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə)
maddələri ilə yekun ittiham elan olunub, barəsində müstəntiqin
vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata
keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs
qətimkan tədbiri seçilib və Səhiyyə Nazirliyinin “Respublika
Psixiatriya Xəstəxənası” publik hüquqi şəxsinə yerləşdirilib.