Bakı. Trend:
Qurban bayramı ilə əlaqədar vətəndaşların bölgələrə axını
müşahidə edilir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Trend-ə bildirilib ki,
gücləndirilmiş iş rejiminin iki günü ərzində Bakı Beynəlxalq
Avtovağzal Kompleksindən 634 reys həyata keçirilib, 20623 sərnişin
mənzil başına çatdırılıb.
Sərnişinlərə səfərlərini rahat planlamaları üçün biletləri
öncədən “biletim.az” portalından onlayn qaydada əldə etmələrini
tövsiyə edilir.
Vaxta qənaət və müştəri məmnuniyyətinin təmin olunmasına xidmət
edən “biletim.az” portalında hazırda 45 şəhər və rayona, 68
istiqamət üzrə bilet almaq mümkündür.





























