Bakı. Trend:
Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin cənubunda
Azərbaycanla həmsərhəd olan rayonlara baş çəkib.
Trend bu barədə erməni
KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, Paşinyan bölgədə aparılan infrastruktur
layihələrinə baxış keçirib. O, İranla Ermənistanı birləşdirən M-2
İrəvan-Arazdəyən-Gorus-Meğri-İran sərhədi avtomobil yolundakı
tikinti və Qafan şəhərinin mərkəzindən keçən çayda beton bəndləmə
işləri ilə tanış olub.
Paşinyan səfəri çərçivəsində yerli sakinlərlə də görüşlər
keçirib. Daha sonra o, Qubadlı rayonu ilə sərhəddə yerləşən Şurnuxu
kəndinə gedib, orada sərhəddən köçürülən erməni ailələri üçün
tikilmiş evlərin püşkatma üsulu ilə bölünməsində iştirak edib.





























