Advertisement

Azərbaycan BRICS+ ölkələrinin şəhərlər forumunda iştirak edəcək

Bakı. Trend:

Azərbaycan, İran və Türkiyə də daxil olmaqla 21 ölkənin 200
bələdiyyə sədri iyunun 21-də Tatarıstanın paytaxtı Kazanda
keçiriləcək BRICS+ ölkələrinin şəhərlər forumunda iştirak
edəcək.

Trend xəbər
verir ki, bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb.

Tədbirdə, həmçinin, Çin, Hindistan, Cənubi Afrika Respublikası,
Braziliya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı,
Efiopiya, Misir, Belarus, Qazaxıstan, Özbəkistan, Argentina, Çili,
Mərakeş, İndoneziya və Meksikanın bələdiyyə başçıları bir araya
gələcək.

Qeyd olunub ki, iştirakçılar yeni beynəlxalq təşkilatın – BRİCS+
Ölkələrinin Şəhərlər və Bələdiyyələr Assosiasiyasının yaradılmasını
müzakirə edəcəklər.

Həmçinin, forum çərçivəsində bələdiyyələrarası və beynəlxalq
əməkdaşlığa dair müzakirə forumu da keçiriləcək.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun