
Bakı. Trend:
Kiberdələduzlar tərəfindən “Competo” MMC-nin innovativ
alış-veriş platforması olan “Umico Market”in adından saxta
kampaniyalar həyata keçirilir.
Trend xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti
məlumat yayıb.
Belə ki, ani mesajlaşma tətbiqləri vasitəsilə vətəndaşlara
mesajlar göndərilərək həvəsləndirici vədlər təklif edilir.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlardan bu cür hallara
qarşı diqqətli olmağı, hər hansı qurumun həyata keçirdiyi
kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda ilk növbədə, həmin
qurumla əlaqə saxlamağı və yaxud qurumun rəsmi veb-saytına daxil
olaraq məlumatı dəqiqləşdirməyi tövsiyə edir.





























