Advertisement

Bu avtomobillər taksidə istifadə oluna bilməz – Yeni QƏRAR

Bakı. Trend:

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış
tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı
vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında
istifadə oluna bilməz.

Trend xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün
təsdiqlədiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin
daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki
göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”in təsdiq
edilməsi haqqında qərarda əksini tapıb.

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış
tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitəsinə
“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun
15.2-ci maddəsi ilə müəyyən edilən buraxılış kartı verilmir.