Advertisement

İtkin düşmüş 107 nəfərin eyniləşdirilməsi həyata keçirilib – Əli Nağıyev

Bakı. Trend:

Dövlət Təhlükəsizliyi Xidməti eyni zamanda Əsir və itkin düşmüş,
girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işinə
rəhbərliyi həyata keçirir.

Trend xəbər verir
ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik
Əli Nağıyevin bu gün Azərbaycan təhlükəsizlik orqanlarının
yaradılmasının 105 illiyi münasibətilə keçirilmiş təntənəli
tədbirdəki çıxışı zamanı deyib.

“Aparılmış təxirəsalınmaz tədbirlər nəticəsində bu vaxtadək
mütəxəssislərimiz tərəfindən itkin düşmüş 107 nəfərin, o cümlədən
onlardan 95 nəfərinin DTX-nin Hərbi-tibb baş idarəsinin genetik
laboratoriyasında, 12 nəfərinin isə Daxili İşlər Nazirliyinin
müvafiq struktur bölməsində eyniləşdirilməsi həyata keçirilmişdir.
Onlardan 34 nəfərinin qalıqları ailələrə təhvil verilmiş, bununla
da onların 30 ildən artıq davam edən iztirab və nigarançılığına son
qoyulmuşdur. Yaxın günlərdə eyniləşdirilməsi təmin olunmuş 73
nəfərin adları ictimaiyyətə açıqlanacaqdır”, – deyə o bildirib.