
Bakı. Trend:
İkinci Qarabağ müharibəsindən sonra regionda yaranan yeni
reallıqları, o cümlədən Ermənistanla Azərbaycan arasında sülh
müqaviləsinin imzalanması üçün əldə olunan razılaşmanı həzm edə
bilməyən Fransa və bəzi qərb dövlətlərinin bu dəfə başqa taktika
seçdiyi müşahidə olunur.
Trend xəbər verir
ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik
Əli Nağıyevin bu gün Azərbaycan təhlükəsizlik orqanlarının
yaradılmasının 105 illiyi münasibətilə keçirilmiş təntənəli
tədbirdəki çıxışı zamanı deyib.
Hazırda rəsmi Paris tərəfindən Ermənistanda yeni hərbi missiya
yaradılması açıq şəkildə Ermənistanı yeni müharibəyə təhriketmə
niyyətlərindən xəbər verir.





























