
Bakı. Trend:
“Elektroenergetika və bərpa olunan enerji” standartlaşdırılması
üzrə yeni Texniki Komitə (AZSTAND/TK 46) yaradılıb, əsasnaməsi və
strukturu təsdiq edilib.
Trend xəbər verir ki, Texniki Komitə elektrik enerjisi bazarında
rəqabət mühitinin formalaşdırılması, elektroenergetika
subyektlərinin effektiv fəaliyyətinin təmin edilməsi, elektrik
enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadənin
stimullaşdırılması, enerji resurslarından səmərəli istifadə və
enerji effektivliyinin təmin edilməsi kimi sahələrdə normativ
sənədlər bazasının yaradılmasında maraqlı tərəflərin iştirakını
təmin etmək məqsədi daşıyır.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin
tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən
təsis edilmiş Texniki Komitəyə sədrlik və katibliyin fəaliyyətinin
təşkili Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən
həyata keçirilir.



























