Advertisement

Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək

Bakı. Trend:

Gürcüstanın dini müxtəlifliyi onun ən böyük sərvətlərindən
biridir. Bizim ayrılmaz hissəmiz olan müsəlman icması ölkəmizin
inkişafına böyük töhfələr verir və qardaşlığımız uzun bir tarixə
malikdir.

Trend xəbər verir ki, bu fikirləri Gürcüstanın baş naziri İrakli
Kobaxidze müsəlman icması üçün təşkil olunmuş iftar süfrəsində
söyləyib.

Onun sözlərinə görə, Gürcüstan dövləti 237 məscidi müsəlman
icmasına verib, daha 20 məscid isə təhvil verilməyə hazırdır.
Dövlət müsəlman icması üçün ayrılan maliyyəni 4 milyon 150 min
lariyədək artırıb və gələcəkdə bu dəstək daha da artacaq.