
Bakı. Trend:
Event Horizon Teleskopu (EHT) Süd yolu qalaktikasında yerləşən
Sagittarius A* (Oxatan A*) qara dəliyinin aydın fotosunu
paylaşıb.
Trend-in məlumatına görə, görüntüsü alimlər tərəfindən ilk dəfə
2022-ci ilin mayında əldə olunan “Sagittarius A*” (“Oxatan A*”),
Süd Yolunun mərkəzində yerləşir.
Astronomlar bu superkütləvi qara dəliyin qütbləşmiş işıqda ilk
görüntüsünü əldə ediblər. Görüntü sayəsində qara dəliyin
ətrafındakı maqnit sahələri də müşahidə edilə bilər.
Qeyd edək ki, qara dəliyin ilk şəkli EHT tərəfindən 2019-cu ildə
dərc edilib.





























