Advertisement

Qayana prezidenti inkişaf etmiş ölkələrin iqlim dəyişikliyi ilə bağlı ikiüzlülüyünü tənqid etdi (VİDEO)

БАКУ /Trend/ –

Qayana prezidenti İrfan Əli BBC-nin aparıcısı ölkənin öz neft
ehtiyatlarına dair ambisiyaları fonunda iqlim dəyişikliyi ilə
mübarizəyə sadiqliyini şübhə altına aldığı üçün inkişaf etmiş
ölkələri ikiüzlülüklərinə görə tənqid edib.

Trend-in xəbərinə görə, İrfan Əli qeyd edib ki, son 50 ildə
dünya biomüxtəlifliyinin 65 faizi itib.

“Qayanada İngiltərə və Şotlandiyanı ərazisi ölçüsündə meşə var,
19,5 giqaton karbonlu bir meşə, bizim qoruduğumuz bir meşə. Bu,
zövq aldığınız, pul ödəmədiyiniz, heç bir dəyər vermədiyiniz bir
meşədir. Bizdə meşələrin qırılması dünyada ən aşağı səviyyədədir.
Hətta nəhəng neft və qaz kəşfiyyatımızla belə, biz yenə də xalis
sıfır emissiyaya nail olacağıq.

Dünyada ikiüzlülük var. Biz biomüxtəlifliyimizi qoruyub
saxlamışıq. Siz buna dəyər verirsinizmi? Bunun əvəzini ödəməyə
hazırsınızmı? Sənaye inqilabı ilə ətraf mühiti məhv etdiniz, indi
də bizə mühazirə oxuyursunuz?”, o qeyd edib.