
Bakı. Trend:
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Fikrət
Əmirov adına Gəncə Dövlət Filarmoniyası, Gəncə-Daşkəsən və Mərkəzi
Aran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Azərbaycan
xanəndəlik sənətinin görkəmli nümayəndəsi Cabbar Qaryağdıoğlunun
əziz xatirəsinə həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi başa
çatıb.
Trend xəbər verir
ki, Gəncə Dövlət Filarmoniyasının Urban Mərkəzində keçirilən
təntənəli bağlanış mərasimində layihənin ideya müəllifi, Əməkdar
artist, Filarmoniyanın direktoru Ramil Qasımov çıxış edərək
layihənin musiqimizin müasir nəslə təbliğinə xidmət etdiyini qeyd
edib. Həmçinin layihənin gerçəkləşməsində Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyinə, tabeliyində olan və layihədə iştirak edən
Gəncə-Daşkəsən və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinə, bütün
iştirakçılara dərin təşəkkürünü bildirib.
Bağlanışda Gəncə şəhər Bülbül adina 3 saylı UMM, Gəncə şəhər
UİM, Samux Rayon Qarayeri qəsəbə UMM, Samux rayon Sərkar kənd UMM,
Göygöl rayon Xaqani kənd UMM, Goranboy rayon Düzqışlaq kənd UMM,
Samux şəhər UMM, Goranboy rayon Xan Qərvənd kənd UMM, Göygöl rayon
Aşıq Şəmşir adına UMM-ləri çıxış ediblər.
İnformasiya dəstəyi – Trend.Az, Day.Az, Milli.Az,
Azernews.Az





























