
Bakı. Trend:
Seçkini demokratiyamıza yaraşan yetkinliklə başa vurduq.
Seçkilər demokratiyanın ən kritik nöqtəsidir. Bəzi təcrid olunmuş
hadisələri nəzərə almasaq, seçki abı-havasına kölgə salacaq,
təəssüf doğuran hadisələr baş vermədi. Millət sözünü, siyasətçiyə
mesajını, təqdir və etirazını sandıqda ifadə edər. Bütün bunların
ölkəmizdə yaşanması özü-özlüyündə böyük bir qazancdır. 31 mart
bizim üçün bir dönüm nöqtəsidir. Seçkinin əsas qalibi milli
iradəmiz, demokratiyamızdır. Seçkiləri qazanan, hər kəsdən əvvəl
millətimiz oldu.
Trend-in məlumaına
görə, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
ölkəsində keçirilən yerli özünüidarə orqanlarına seçkilərin
nəticələri ilə bağlı açıqlamasında ifadə edib.
Rəhbərlik etdiyi ölkənin hakim Ədalət və İnkişaf Partiyasının
(AK Parti) mərkəzi qərargahından vətəndaşlara səslənən Prezident
Ərdoğan azad iradəsini ifadə edən, seçkilərdə fəaliyyət göstərən
hər bir vətəndaşa təşəkkürünü ifadə edib.
Seçkinin ölkəsi üçün xeyirlərə vəsilə olmasını diləyən Prezident
Ərdoğan bu səsvermənin 22 illik siyasi fəaliyyəti dövründə
qazanaraq gəldiyi 18-ci seçki olduğunu xatırladıb.
Prezident seçkilərindən sonra Cumhur İttifaqı olaraq bu seçkidən
istənilən nəticəni əldə edə bilmədiklərini ifadə edən Ərdoğan
təşviqat kampaniyası çərçivəsində son iki ay ərzində ölkəsinin 52
fərqli vilayətini ziyarət etdiyini deyib.
Xalqına inamını ifadə edərək bundan sonra da yola birgə davam
edəcəklərini deyən Türkiyə Prezidenti millətin iradəsində üstün heç
bir gücü tanımadığını, indiyə qədər millətin qərarı əsasında
hərəkət etdiklərini bildirib. O, hökumət olaraq indiyə qədər
etdikləri kimi, millətin səsi ilə seçilən bütün yerli idarəçilərə
öz şəhərlərinin rifahı naminə işlərində dəstəkləməyə davam
ediləcəklərini deyib.





























