
Bakı. Trend:
Aparıcı qısa video platforması TikTok platforma ictimaiyyətinin
təhlükəsizliyini mütləq prioritet hesab edie və insanların
yaradcılıqlarını göstərə, bir ara gələ və yeni biliklər qazana
biləcəyi xoş mühit yaradır. Platformada təhlükəsizliyi qorumaq üçün
TikTok platformanın
İcma Qaydalarını pozan məzmunu müəyyən etmək və ona qarşı
tədbir görmək üçün innovativ texnologiyadan və peşəkarlardan ibarət
komandalardan istifadə edir. Hazırda dünyada müxtəlif dillərdə, o
cümlədən Azərbaycan dilində danışan 40 000-dən çox
insan TikTok-da istifadəçilərin təhlükəsizliyini təmin etmək üçün
çalışır.
TikTok təhlükəsizlik təcrübələri ilə bağlı şəffafdır və mütəmadi
olaraq aktiv şəkildə silinən videolar və hesablar haqqında məlumat
yerləşdirir. Bu məlumat platformadan çıxarılan məzmunun həcmi və
xarakteri haqqında məlumat verən
İcma Təlimatlarının İcra Hesabatları vasitəsilə rüblük olaraq
açıqlanır. Ən son
İcma Təlimatlarının İcra Hesabatlarına əsasən, 2023-cü
ilin dördüncü rübündə dünya üzrə:
- 176 461 963 video İcma Qaydalarının pozulması
səbəbindən silinib. Bu, rübdə TikTok tərəfindən silinən ən yüksək
video sayıdır.
- Silinmiş videoların 96,7%-i proaktiv şəkildə
silinib. Proaktiv silinmə videonun xəbər verilməzdən əvvəl müəyyən
edilməsi və silinməsi deməkdir.
- Videoların 89,9%-i yayımlandıqdan sonra 24
saat ərzində silinib.
- 8 012 732 canlı yayım qanun pozuntularına görə
dayandırılıb.
Eyni müddət ərzində Azərbaycanda:
- 903 041 video İcma Qaydalarının pozulması
səbəbindən silinib. Bu, 2023-cü ilin istənilən rübündə silinmiş
videoların ən yüksək sayıdır.
- Silinmiş videoların ümumi sayının 98%-i
platforma tərəfindən proaktiv şəkildə
silinib.
- Videoların 95,8%-i yayımlandıqdan sonra ilk 24 saat ərzində
silinib.
Ümumilikdə, 2023-cü il ərzində Azərbaycanda İcma
Qaydalarını pozan 2 071 243 video silinib.
TikTok azyaşlı istifadəçilər kimi həssas qrupa xüsusi diqqət
yetirir. TikTok 13 və daha yuxarı yaşlı istifadəçilər üçün
platformadır və hər bir yeni istifadəçiyə tam doğum tarixi tələb
olunan qeydiyyat forması təqdim olunur. Platformanın moderator
komandası hesabın 13 yaşından kiçik istifadəçiyə aid ola biləcəyini
göstərən əlamətləri aşkar etmək üçün təlim keçib. Təhlükəsizlik
qrupu hesabın uşağa aid olduğuna inanarsa, o, bloklanacaq. TikTok,
sahiblərinin 13 yaşdan kiçik ola biləcəyi üçün silinən hesabların
sayını açıqlayan ilk böyük platforma oldu. Belə ki, 2023-cü ildə
dünya üzrə 13 yaşdan kiçik 76 484 236 istifadəçi hesabı
silinib.
TikTok həmçinin hər altı ayda bir dünyanın müxtəlif ölkələrinin
hökumətlərindən gələn sorğular haqqında məlumatları ehtiva edən
hesabatlar hesabatlar dərc edir, burada belə sorğuların sayını,
görülən tədbirlər və silinən məzmunun miqdarını açıqlayır.
TikTok haqqında
TikTok – qısa videoların hazırlanması üçün aparıcı tətbiqdir.
Missiyamız insanları yaradıcı olmağa ruhlandırmaq və onlara sevinc
bəxş etməkdir.





























