Advertisement

Azad olunmuş ərazilərdə ötən ay aşkarlanan minaların sayı açıqlandı

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb
olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə aylıq
məlumat (mart ayı) açıqlanıb.


Trend
-in ANAMA-ya istinadən xəbər verir ki, Tərtər, Ağdərə,
Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Laçın, Füzuli, Şuşa, Xocavənd,
Cəbrayıl, Qubadlı və Zəngilanda 299 piyada əleyhinə mina, 114 tank
əleyhinə mina, 1254 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 60 94,6 hektar ərazi mina və PHS-lərdən
təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə
Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti
həyata keçirib.