Advertisement

Tayvanın Hualyan şəhərində zəlzələdən sonra bir neçə bina dağılıb

Bakı. Trend:

Tayvanın şərqindəki Hualyan şəhəri sahillərində baş verən
zəlzələdə bir sıra binalara ciddi ziyan dəyib.

Trend-in məlumatına görə, bu barədə “TVBS” televiziya kanalı
xəbər verib.

Zəlzələ Pekin vaxtı ilə saat 07:58-də baş verib və bütün
Tayvanda hiss olunub. Yerli seysmoloqların məlumatlarına əsasən,
təbii fəlakətin episentri Hualyan şəhərindən 25 km cənub-şərqdə
Sakit okeanda, ocağı isə 15,5 km dərinlikdə yerləşib.