Advertisement

“PAŞA Holding” COP29 çərçivəsində BMT-nin Azərbaycan nümayəndəliyi ilə tərəfdaşlıq edir

Bakı. Trend:

Ölkənin aparıcı holdinqlərindən olan PAŞA Holding, BMT-nin İqlim
Dəyişikliyi Konfransı və dayanıqlı inkişaf üzrə məlumatlılıq
səviyyəsini artırmaq məqsədilə BMT-nin Azərbaycan nümayəndəliyi ilə
tərəfdaşlıq edir.

Belə ki, şirkət öz dayanıqlılıq və iqlim dəyişikliyi baxışı
çərçivəsində BMT-nin Azərbaycan nümayəndəliyi tərəfindən təşkil
olunan “29 İqlim söhbəti: COP29-a gedən yol” müzakirələr
silsiləsinə qoşulub.

Sözügedən müzakirələr qlobal iqlim dəyişmələri ilə mübarizə
istiqamətində bütün maraqlı tərəfləri bir araya gətirərək dialoq
qurmaq məqsədi daşıyır. “29 İqlim söhbəti: COP29-a gedən yol”
çərçivəsində maarifləndirmə, əməkdaşlığın təşviqi və mövcud ekoloji
problemlərin həlli üçün effektiv ideyaların təşviqinə yönəlmiş bir
sıra tədbirlər həyata keçirilir.

PAŞA Holding, öz növbəsində, bu müzakirələrə qoşularaq PAŞA Qrup
şirkətlərində çalışan əməkdaşlar, yerli və beynəlxalq media,
şirkətin tərəfdaşları və digər auditoriyalar üçün bu seminarların
təşkilini və seminarda BMT-nin müxtəlif agentliklərinin mövzu üzrə
ekspertlərinin iştirakını təmin edəcək.

Qeyd edək ki, PAŞA Holding dayanıqlılıq baxışı çərçivəsində
əlavə təşəbbüslərdə də iştirak etməyi planlaşdırır.