
Bakı. Trend:
“Climate Action” gündəliyi çərçivəsində Xəzər təşəbbüsü həyata
keçiriləcək.
Trend xəbər
verir ki, bu barədə ekologiya və təbii sərvətlər nazirinin müavin
Umayra Tağıyeva Bakıda keçirilən Xəzəryanı dövlətlərin Baş
Prokurorluqlarının rəhbər şəxslərinin beştərəfli görüşündə
deyib.
“Bildiyiniz kimi, bu il Azərbaycanda nüfuzlu COP29 beynəlxalq
tədbiri keçiriləcək. Danışıqlar prosesi ilə paralel olaraq,
“Climate Action” gündəliyi çərçivəsində Xəzər təşəbbüsü həyata
keçiriləcək. Bu isə öz növbəsində Xəzər dənizindəki problemlərin
yalnız milli və regional səviyyələrdə deyil, həm də iqlim
dəyişikliyinə adaptasiya proqramları çərçivəsində beynəlxalq
səviyyədə həlli üçün əsas yarada bilər”, – o deyib.
Qeyd edək ki, bakıda Xəzəryanı dövlətlərin Baş
Prokurorluqlarının rəhbər şəxslərinin beştərəfli görüşü
keçirilir.
Məlumata görə, tədbirdə həmçinin Baş prokuror Kamran Əliyev,
Azərbaycan Respublikasının və digər Xəzəryanı dövlətlərin Baş
Prokurorluqlarının yüksək rütbəli şəxsləri və digər rəsmilər
iştirak edirlər.
(Tərcümə: Rəna Əbdürəhmanova)



























