
Bakı. Trend:
Ermənistan Azərbaycanla şərti sərhəddə hücum xarakterli dayaq
məntəqələri qurur.
Trend xəbər verir ki, bunu əks etdirən görüntülər sosial
şəbəkələrdə yayılıb.
Qeyd edək ki, son zamanlar Ermənistan-Azərbaycan şərti
sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı
qüvvələrinin bölmələri və döyüş texnikasının cəmləşdirilməsi barədə
31 mart 2024-cü il tarixində Azərbaycan Müdafiə Nazirliyi
tərəfindən rəsmi məlumat yayılıb.
“Şərti sərhədboyu Ermənistanın qoşunlarını cəmləşdirməsi və
hücum xarakterli dayaq məntəqələrini qurması, müxtəlif
istiqamətlərdə uzunmüddətli atəş nöqtələrini yaratması,
fortifikasiya qurğularını inşa etməsi bölmələrimizin sərəncamında
olan xüsusi texniki vasitələr və vizual müşahidə ilə qeydə
alınmışdır.
Yeni inşa edilmiş dəmir-beton fortifikasiya qurğularında
Ermənistan silahlı qüvvələrinin artilleriya sistemləri, digər hücum
silahları və ağır atəş vasitələri yerləşdirilir.
Bir daha bəyan edirik ki, Azərbaycan Ordusu tərəfindən
Ermənistanın törədə biləcəyi hər hansı təxribatın qarşısı
qətiyyətlə alınacaq, vəziyyətin gərginləşdirilməsinə görə bütün
məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyi və onun
havadarlarının üzərinə düşəcək”, – Müdafiə Nazirliyinin bu gün
yaydığı məlumatda deyilir.





























