Advertisement

Yaponiya Rusiyaya 164 malın ixracına qadağa qoyub

Bakı. Trend:

Yaponiya Ukraynadakı vəziyyətlə əlaqədar anti-Rusiya
sanksiyaları çərçivəsində Rusiyaya əlavə 164 kateqoriya malın
ixracına qadağa qoyub.

Trend-in
məlumatına görə, bu barədə Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye
Nazirliyi bildirib.

O cümlədən, qadağa avtomobil mühərrikləri, litium-ion və
nikel-metalhidrid akkumulyatorlar, qaz və neft kəmərləri üçün
borular, nitroselüloz, üzən kranlar və doklar, üzən və sualtı qazma
və hasilat platformaları, yaxtalar, gəzinti və idman gəmiləri,
kayaklar, kanolar, yanğınsöndürən qayıqlar üçün yağın tədarükünə
şamil edilir.

Sanksiya siyahısına qeyri-üzvi kimyəvi maddələr, o cümlədən
hidrogen xlorid və alüminium hidroksid, renium və onun emal
tullantıları, bəzi adi metal məmulatları və əl elektrik alətləri, o
cümlədən şlifləmə aparatları, ağac, sərt rezin və plastik emalı
üçün maşınlar daxildir.

Bundan əlavə, mikrotomlar və termostatlar da daxil olmaqla,
müəyyən növ optik və ölçü avadanlığı məhdudiyyətlərə məruz
qaldı.