
Bakı. Trend:
ABŞ Ermənistanı Azərbaycanla yekun razılığa gəlməyə çağırır.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət
katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms
O`Brayen Brüsseldə ABŞ-Aİ-Ermənistan üçtərəfli görüşünün nəticələri
barədə danışarkən deyib.
“Görüş Ermənistanda aparılan islahatlara həsr olunub. Lakin biz,
əlbəttə ki, İrəvanı sülh yoluna davam etməyə və Azərbaycanla yekun
razılığa gəlməyə çağırdıq.
Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması regional
təhlükəsizliyi və rifahı təmin etmək üçün ən yaxşı yoldur. Xüsusilə
bu, Aralıq dənizi regionundan Mərkəzi Asiyaya yeni ticarət yolları
açacaq”, – ABŞ rəsmisi bildirib.
Qeyd edək ki, bu gün Brüsseldə Avropa Komissiyasının Prezidenti
Ursula Fon der Lyayen, ABŞ dövlət katibi Antoni Blinken və
Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli görüş
keçirilib.





























