
Bakı. Trend:
İranın şimalında yerləşən Əlborz vilayətinin Kərəc şəhərində
İŞİD terror qruplaşmasının 11 üzvü saxlanılıb.
Trend-in məlumatına görə, bunu İranın polisinin sözçüsü Səid
Montəzir Əl-Mehdi deyib.
Onun sözlərinə görə, saxlanılan İŞİD üzvləri arasında terror
qruplaşmasının əsas üzvlərindən olan “Rameş” ləqəbli Məhəmməd Zakir
də var.
Polis rəsmisi bildirib ki, İran polisinin keçirdiyi iki
ayrı-ayrı əməliyyatda terror qruplaşmasının üzvləri ələ
keçiriliblər.
İranlı rəsmi terrorçuların Ramazan bayramında terror aktı
törətmək niyyətində olduqlarını bildirib.





























