
Bakı. Trend:
Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Əmrahov İmran Rahim
oğlu tibb müəssisəsində kəskin ürək-damar tənəffüs çatışmazlığından
vəfat edib.
Bu barədə Trend-ə
Müdafiə Nazirliyindən məlumat verilib.
“Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun
ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir
diləyir.
Allah rəhmət etsin!” – deyə bildirilib.





























