Advertisement

Beyləqanda fəhlə aparan avtobus aşıb, yaralılar var

Beyləqan. Trend:

Beyləqanda fəhlə aparan avtobus aşıb, yaralılar var.

Trend-in yerli bürosu xəbər verir ki, Zəngilandan gələn “İSUZU”
markalı avtobusun sürücüsü idarəetməni itirib.

Nəticədə avtobus su kanalına aşıb. Qəza nəticəsində xəsarət
alanlar var. Xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional
qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı Trend-ə faktı
təsdiqləyib.

Faktla bağlı Beyləqan RPŞ-da araşdırma aparılır.