
Bakı. Trend:
“Şükür bugünə artıq Ağdam tikilir, qurulur, yollar çəkilir. Bu
gün Ağdamda böyük bir Muğam Mərkəzi tikilir. Çox sevindirici
haldır. Ağdam hər zaman Qarabağın bir mədəniyyət mərkəzi rolunu
oynayıb. Əlbəttə arzularımız böyükdür. Mən düşünürəm ki, inşallah
Ağdamımızda Milli Konservatoriyamızın filialı açılacaq”, – bu
fikirləri xanəndə, Azərbaycan Respublikasının xalq artisti Mənsum
İbrahimov deyib.
Tezliklə Ağdama da Böyük Qayıdışın başlanacağını qeyd edən
Mənsum İbrahimov orada yenidən həyatın qaynayacağına, insanların
rifahının yüksələcəyinəi və onların Qarabağda əbədi yaşacaqlarını
inamını ifadə edib.
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə
Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi
Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk
növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı
məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır.
Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin yeni salınmış
yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma,
təbliğat-izahat və təşviqat işləri həyata keçirilir. Bu çərçivədə,
işğaldan azad edilmiş ərazilərdən olan ziyalıların, gənclərin və
müxtəlif peşə sahiblərinin iştirakı ilə videoçarxlar
hazırlanır.
Xalq artisti Mənsum İbrahimovun iştirakı ilə hazırlanmış
videoçarxı təqdim edirik.





























