Advertisement

Rəfahda əməliyyatın başlama tarixi müəyyən edilməyib – İsrail müdafiə naziri

Bakı. Trend:

İsrailin müdafiə naziri Yoav Qalant Pentaqonun rəhbəri Lloyd
Ostinə deyib ki, İsrail Qəzza zolağının cənubundakı Rəfahda
planlaşdırılan əməliyyatın dəqiq başlama tarixini hələ
müəyyənləşdirməyib.

Trend-in
məlumatına görə, bu barədə “Axios” portalı mənbəyə istinadən
bildirib.

“Bu məsələ ilə bağlı birbaşa məlumatı olan mənbə deyib: İsrailin
müdafiə naziri Yoav Qalant bazar ertəsi ABŞ müdafiə naziri Lloyd
Ostinə bildirib ki, İsrail Rəfah əməliyyatı üçün tarix təyin
etməyib; baxmayaraq ki, Baş nazir Binyamin Netanyahunun belə bir
tarixin mövcudluğu ilə bağlı açıqlamaları var”, – deyə qeyd
olunub.

Y.Qalantın sözlərinə görə, əməliyyat başlamazdan əvvəl İsrail
bir sıra kritik addımlar atmalıdır, o cümlədən dinc sakinlərin
Rafah bölgəsindən nizamlı şəkildə təxliyyəsi və anklava humanitar
yardımın tədarükünü artırmalıdır.