
Bakı. Trend:
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Gəncə-Daşkəsən
Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə ilk dəfə klassik gecə
təqdim olunub.
Trend xəbər verir ki, klassik gecənin ay ərzində bir dəfə təqdim
olunması nəzərdə tutulub.
Sözügedən gecənin keçirilməsinin məqsədi Gəncədə fəaliyyət
göstərən istedadlı gənc klassik ifaçıları üzə çıxarmaqdır.
Gecədə Üzeyir Hacıbəylinin “Koroğlu” operasından Həsən xanın
ariyası, Asəf Zeynallının “Ölkəm” romansı, Fikrət Əmirov “Sevil”
operasından “Balaşın mahnısı”,“Dilbərin nəğməsi”, Niyazinin “Arzu”
və Asəf Zeynallının “Ölkəm” romansları, Cakomo Puççininin “Gianni
Schichi” operasından “Laurettanın” ariyası, Ernest de Kurtisin
“Sorentoya qayıt”, Corc Bizenin “Karmen” operasından Toreador Xalq
artisti Sevinc İbrahimova, Əməkdar Mədəniyyət işçisi Mehparə
Cəfərova, Əməkdar artist Tural Abdullayev, Əməkdar artist Kəmalə
Tağızadə, Vasif Bayramov, Rüstəm Cəfərov, Fidan Məmmədzadə, Qaya
Nəsibzadənin ifasında səsləndirilib.
Konsert proqramı qeyri-adi formatda tamaşaçılara təqdim olunub.
Konsert tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
İnformasiya dəstəyi – Trend.Az, Day.Az, Milli.Az,
Azernews.Az.





























