
Bakı. Trend:
Azərbaycan Ordusunda hərbi qulluqçuların mədəni asudə vaxtının
səmərəli təşkili, hərtərəfli mənalı istirahəti və şəxsi heyətin ruh
yüksəkliyini daha da artırmaq məqsədilə mütəmadi olaraq tədbirlər
keçirilir.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, 2024-cü ilin fəaliyyət
planına uyğun olaraq, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət
Mərkəzinin səyyar-təşviqat qrupu hərbi hissələrdə olub,
mədəni-kütləvi tədbir keçiriblər.
Mərkəzin yaradıcı heyətinin ifasında təqdim edilən konsert
proqramı yüksək ovqatla qarşılanıb.
Həmçinin “Əsgərə məktub” layihəsi çərçivəsində vətəndaşlar
tərəfindən yazılmış məktublar Vətən qoruyucularına çatdırılıb.
Hərbi qulluqçular onlara ünvanlanmış məktubları böyük maraqla
oxuyublar.





























