Bakı. Trend:
Almaniyanın xarici işlər naziri Annalena Barbok və İranın xarici
işlər naziri Hüseyn Əmir Abdullahyan arasında telefon danışığı
olub.
Trend-in məlumatına görə, bu barədə Almaniya Xarici İşlər
Nazirliyi bildirib.
Məlumata əsasən, danışıq zamanı nazirlər “Yaxın Şərqdəki gərgin
vəziyyəti” müzakirə ediblər.
“Heç kəs regionda vəziyyətin daha da gərginləşməsində maraqlı
ola bilməz. Bölgədəki bütün aktorları məsuliyyətlə hərəkət etməyə
və təmkinli olmağa çağırırıq”, – deyə nazirlik “X” sosial
şəbəkəsində bildirib.
A.Berbok danışığı Çilinin xarici işlər naziri Albert Van
Klaveren ilə görüşdən sonra mətbuat konfransı zamanı şərh edib:
“Yaxın Şərqdə regional eskalasiyanın qarşısını almaq üçün bu
günlərdə bütün diplomatik xətlər cəlb olub. Heç kim vəziyyətin
tamamilə gözlənilməz nəticələri ilə gərginləşməsində maraqlı ola
bilməz”, – deyə o bildirib.




























